2e8381eb-87fb-4fcc-b63f-0484221e6696..jpg

İlk dəfə azərbaycanlı qadın hərbi qulluqçu NATO-nun yüksəkixtisaslı kursunu bitirib – FOTO

Baxış sayı: 911 dəfə baxılıb.

İlk dəfə azərbaycanlı qadın hərbi qulluqçu NATO-nun yüksəkixtisaslı kursunu
bitirib – FOTO

Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Samirə Kərimzadə NATO-nun
İtaliyanın paytaxtı Romadakı Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən
azərbaycanlı ilk qadın hərbi qulluqçudur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ötən il avqustun 16-dan cari il yanvarın 27-dək davam edən kursda təkcə
NATO-ya üzv dövlətlərin deyil, həm də alyansın tərəfdaşı olan ölkələrin hərbi
qulluqçuları iştirak ediblər. Zabitlərin hazırlanmasına və təliminə yönələn
kurs müddətində ölkələrin silahlı qüvvələrinin, mədəniyyətinin, ənənələrinin və
milli mətbəxinin təqdimatları da olub.

Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan – NATO
tərəfdaşlığının yüksək səviyyədə olmasının göstəricisidir.

Qeyd edək ki, NATO Müdafiə Kolleci ilə Azərbaycan artıq uzun illərdir
əməkdaşlıq edir. Bu kollecdə kurs keçən zabitlərimiz Azərbaycan Silahlı
Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.

Source link