59b68ba8-4716-4769-999c-834c7cefd0b0..jpg

İlk qadın minatəmizləmə qrupu siçovullar və itlərlə təlim nümayiş etdirib – FOTO

Baxış sayı: 496 dəfə baxılıb.

İlk qadın minatəmizləmə qrupu siçovullar və itlərlə təlim nümayiş etdirib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə
minatəmizləmə təlimi nümayiş olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və
ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün
sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum Ağdamda davam
etdirilir.

Ağdama gələn beynəlxalq ekspertlərə Azərbaycanda ilk qadın minatəmizləmə qrupu
tərəfindən siçovullar və itlərlə minatəmizləmə təlimi nümayiş olunub. Qeyd edək
ki, minatəmizləmə işlərinə 20-dən çox qadın cəlb olunub, onların sərəncamında
12 siçovul və 8 it var.

Source link