ca0c7a6a-7e61-40de-b6c2-9528c5be062b.webp

İlkin Əhmədov ailəsinə görə polisə müraciət etməyə hazırlaşır

Baxış sayı: 164 dəfə baxılıb.

Əməkdar artist İlkin Əhmədova “7 Tamam” proqramında sürpriz edilərək, üçüncü
övladının dünyaya gələcəyi haqda məlumat verilib. Xəbəri efirdə öyrənən muğam
ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilib.

Axşam.az-a açıqlama verən İlkin Əhmədov məsələyə aydınlıq gətirib.

O bildirib ki, verilişdə ona qarşı edilən bu sürprizə çox əsəbiləşib:

“Proqramın prodüseri olan xanım mənə yazdı ki, sizə necə sürpriz edək? Mən də
razılaşmadım, dedim ki, mənə heç nə etməyin. Gediblər mənim razılığım olmadan
ailəmin nömrəsini tapıb, anama, bacıma, həyat yoldaşıma zəng ediblər. Hamıya da
yalvarıb ki, İlkin bilməsin. Niyə, məqsəd nədir? Əgər mən sizə icazə
vermirəmsə, niyə üstümdən aşıb bu dərəcədə irəli getdiniz?

Sürpriz efirin sonunda oldu. Orada tamaşaçıya hörmətsizlik olmasın deyə,
proqramı tərk etmədim. Verilişin sonuna kimi soruşdum ki, nədir sürpriz?
Dedilər, sizə xeyir olan bir şeydir, narahat olmayın. Mən belə şeylərə yol
vermirəm. İnsanlar niyə məni tənqid etməlidirlər?”

İfaçı qeyd edib ki, qarşı tərəf ondan üzr istəməsə, polisə müraciət edəcək:
“Qəti fikrimdir, ərizəm də hazırdır. Mənə açıqlama versinlər ki, niyə bunu
ediblər, ailəmin nömrəsini haradan tapıblar? Çıxıb hər yerdə məndən üzr
istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm”.

Source link