48dfd924-763f-4ee2-af86-de146f0c8d7c..jpg

İlkin Həsəni yoldaşından boşanıb?

Baxış sayı: 565 dəfə baxılıb.

İlkin Həsəni yoldaşından boşanıb?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı İlkin Həsəni və bloqer həyat yoldaşı Aysel Həsəni rəsmi şəkildə
boşanıblar.

Bu barədə “Qafqazinfo”ya ailəyə yaxın olan mənbə məlumat verib.

Onun sözlərinə görə, cütlük arasında uzun müddətdir soyuq münasibət var, onlar
bir müddət əvvəl boşanmaq istəsələr də, Ayselin ikinci uşağa hamilə olması bu
məsələni təxirə salıb.

Aysel ötən ilin sentyabrında ikinci övladını dünyaya gətirib.

Daha bir diqqətçəkən məqam isə, İlkinlə Ayselin “Instagram”da bir-birini
izləmədən çıxarması və birlikdə olduqları fotoları silmələridir. Ayselin son
paylaşımlarında da İlkin yer almır.

“Qafqazinfo”ya açıqlama verən İlkin Həsəni isə məlumatın həqiqətə uyğun
olmadığını bildirdi: “Boş söhbətdir. Yalan məlumatdır. Heç bir əsası yoxdur”.
O, Aysellə bir-birini “Instagram”da izləmədən çıxarmaları haqqında suala “sizə
bir azdan zəng edəcəyəm” deyərək dəstəyi asıb və daha sonra nə zəng edib, nə də
zəngləri açıb.

Xatırladaq ki, bir müddət əvvəl də cütlüyün boşandığı deyilirdi, lakin sonra
tərəflər bunu yalanlamışdı.

Source link