063f09db-221c-488d-bdf1-6cea1d59a699..jpg

İlkin Süleymanovun məhkəməsi təxirə salındı

Baxış sayı: 892 dəfə baxılıb.

İlkin Süleymanovun məhkəməsi təxirə salındı

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin
Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi
üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə düşüb.

“Report”un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilməsi
nəzərdə tutulan məhkəmə iclası istintaq zamanı qeyd olunan maddi sübutların
müvəqqəti olaraq məhkəməyə təqdim edilə bilməməsi səbəbindən təxirə salınıb.

Növbəti məhkəmə iclası yanvarın 25-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il
noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış
halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli
bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov
saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),
120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı
qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan
ittiham elan olunub.

Source link