60d853de-d6e4-43b5-827b-38e73feb1169..jpg

İlkin Süleymanovun məhkəməsində növbəti ekspert ifadə verib

Baxış sayı: 870 dəfə baxılıb.

İlkin Süleymanovun məhkəməsində növbəti ekspert ifadə verib

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin
Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi
üzrə keçirilən məhkəmə prosesində növbəti ekspert ifadə verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə
keçirilən məhkəmə iclasında istintaq zamanı meyitin tibbi ekspertizasında
iştirak edən Seyfulla İsgəndərov İfadə verib.

O, təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin istintaq zamanı ekpert
rəyləri ilə bağlı suallarını cavablandırıb.

Növbəti məhkəmə iclası fevralın 22-nə təyin olunub və ekspert S.İsgəndərovun
ifadəsi davam edəcək.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il
noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış
halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli
bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov
saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),
120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı
qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan
ittiham elan olunub.

Source link