0d714678-7b37-4deb-b4c4-02ada2fa106a..jpg

İlkin Zəfərli: “Şablondan çıxmaq lazımdır”

Baxış sayı: 632 dəfə baxılıb.

İlkin Zəfərli: “Şablondan çıxmaq lazımdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim kreativliyə ehtiyacımız var”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında “Nine Senses” Yaradıcılıq və Özünüinkişaf
Mərkəzində bədii-kreativ fotoqrafiya və mobiloqrafiya studiyasının açılışı
zamanı eksperimental fotoqrafiya üzrə mütəxəssis İlkin Zəfərli deyib.

O, yaradıcılığında müxtəlif mövzulara toxunduğunu qeyd edib:

“Artıq 10 ilə yaxındır ki, miniatür şəkillərin və videoların üzərində
işləyirəm. Müxtəlif vasitələrdən istifadə edirəm.

Yaşıl enerji, yəni ekologiya, rabitə qurğuları, kukla evi, yapon stilli meşə
kimi əl işlərim var. Müxtəlif mənalar daşıyırlar. Biz ideya yaratmaq üçün
düşünürük. Gənclərimizin də kreativ düşünməsini istəyirəm. Bizim kreativ
fikirləşməyə ehtiyacımız var. Şablondan çıxmaq lazımdır”.

“Bu mərkəzdə gənclərə dərslərimiz plan üzrə olmayacaq. İdeyalar fikirləşib,
ortaya qoyulacaq. Gəncləri kreativ fikirləşməyə sövq etməliyik”, – deyə
İ.Zəfərli əlavə edib.

Nəzrin Vahid

Source link