d2894fac-5c3a-4763-b479-24de96028673..jpg

İllərdir üzərində işlənilən islam bankçılığı nəhayət REALLAŞIR – VİDEO

Baxış sayı: 600 dəfə baxılıb.

İllərdir üzərində işlənilən islam bankçılığı nəhayət REALLAŞIR – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda islam bankçılığı sistemi yaradılacaq.

Belə ki, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə
maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. Sözügedən sənəddə islam
bankçılığının inkişafı öz əksini tapıb.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib
ki, islam bankçılığı vətəndaşların marağına səbəb olacaq.

Müxtəlif məqsədlər üçün kredit müraciəti edilə bilər. Məsələn, vətəndaş
bankdan alacağı kredit hesabına biznes qurmağı planlaşdırırsa, əsas məbləğlə
yanaşı qazancının müəyyən hissəsini müqavilədə göstərilən müddət ərzində bankla
bölüşür.

Borca görə dəbbə pulu hesablanmır. Yəni bu bankçılıq sistemi ilə təqdim edilən
kreditlərə görə faiz tutulmur. Əgər vətəndaş zəruri sosial yönümlü ehtiyacları
üçün kredit götürürsə, yalnız həmin məbləği geri qaytarır.

Ətraflı “Xəzər Xəbər”in süjetdində:


Source link