253077f0-8533-4916-9bfe-e2eb484b48d3..jpg

İllərdir yataq xəstəsi olan meyxanaçının bacısı oğlu: “Deyirlər ki, guya son nəfəsidir” – AÇIQLAMA + FOTO

Baxış sayı: 565 dəfə baxılıb.

İllərdir yataq xəstəsi olan meyxanaçının bacısı oğlu: “Deyirlər ki, guya son
nəfəsidir” – AÇIQLAMA + FOTO

Tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəziyyəti stabildir.

Bu barədə Cixisyolu.com-a meyxana ustadının bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.

R.Cənnətov meyxana ustadının vəziyyətinin eyni qaldığını bildirib:

“Dünən saytlarda dayımın vəziyyətinin pisləşməsi ilə bağlı məlumatlar gedib.
Hər kəs narahat olub. Vəziyyəti əvvəlki kimidir. Necə varsa, elədir. Həkimlər
bacardıqlarını edirlər. Düzdür, ağrıları olur. Yataqda olan adamdır. Ayağa
qalxmaq istəyir. Bütün günü qışqırmır. Beyni ilə əlaqəlidir. Birdə görürsən ki,
danışır, söz başa salmağa çalışır, adam tanıyır. Bəzən elə olur ki, heç kəsi
görmək istəmir”.

Bacısı oğlu dayısının dərdinə çarə tapılmadığını qeyd edib:

“Müalicəsi davam etdirilir. Həkim əlindən gələni edir. Diaqnozu beyin
insultudur. İnsult var düzəlir, bu düzəlmir. Dərdinə çarə tapılmır. Heydər
Əliyev Fondu müalicəsini üzərinə götürdü. İsrailə qədər sənədlərini
göndərdilər. Lakin həkimlər əməliyyata razı olmadılar. Dedilər ki, ocaq
yuxarıda olsaydı, əməliyyat mümkün idi. Aşağıda olduğu üçün çətindir”.

R.Cənnətov sonda Ağakərim ilə bağlı yanlış xəbərlərin yayıldığını qeyd edib:

“Yalan məlumatlar gedir. Deyirlər ki, guya son nəfəsidir. Düzgün deyil.
Məlumatı şişirtməyə ehtiyac yoxdur. Qisməti nədirsə, o da olacaq”.

Sənət yoldaşı Ağamirzə Məmmədov meyxana ustadı Ağakərimin ağrılar içərisində
olduğunu qeyd edib:

“Ağakərim uzanıb qalıb. Danışa, gəzə bilmir. 10 dəfə salam verirsən, birində
alır, ya almır. Ağrıları olur, toxunanda qışqırır. Uzun müddətdir belədir.
Allah hamıya kömək olsun. Kərim dostumuz da onların içərisində.

Həkimlər deyir ki, xəstəliyin çarəsi yoxdur. Belə qalsa, yaxşıdır. Neçə dəfə
insult keçirib. Dövlətimiz hər zaman dəstək olub. Müalicələrin heç bir xeyri
yoxdur. Heç bir irəliləyiş yoxdur. Belə qalsa, şükürdür”.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan
sızıb. Həmin gündən söz ustadının səhhətində ciddi problemlər yaranıb.

Nəzrin Vahid

Source link