ba7eaeef-a963-4a2c-9820-e2f1e408a098..jpg

İlon Mask bəşəriyyəti başqa planetlərdə məskunlaşmağa çağırıb

Baxış sayı: 727 dəfə baxılıb.

İlon Mask bəşəriyyəti başqa planetlərdə məskunlaşmağa çağırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-li milyarder, “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask bildirib ki,
bəşəriyyət kosmosu araşdırmalı və başqa planetlərdə məskunlaşmalıdır.

Bu barədə o, “X” sosial şəbəkə səhifəsində yazıb.

Mask bəşəriyyəti Ayda baza və Marsda şəhərlər yaratmağa çağırıb. Onun
fikrincə, insanlar “ulduzlar arasında olmalıdırlar”.

Sahibkar xatırladıb ki, insanın təyyarə ilə ilk uçuşundan (Rayt qardaşlarının
təyyarəsi – red.) Aya eniş etməsinə qədər cəmi 66 il keçib. Bununla belə, Aya
insan ayağının dəyməsindən bu yana yarım əsr keçib. Maskın fikrincə, bu hadisə
sivilizasiya olaraq bəşəriyyətin ən yüksək nailiyyəti sayıla bilməz.

Mənbə: lenta.ru

Source link