İlon Mask beyin implantlarının klinik sınaqları üçün könüllülər axtarır
İlon Maskın “Neuralink” şirkəti beyin implantlarının klinik sınaqları üçün
könüllülərin işə götürüldüyünü elan edib.
Onurğa beynin boyun nahiyəsinin zədəsində və ya amiotrofik skleroz nəticəsində
iflic olan insanlar tədqiqatda iştirak edə bilərlər. “Neuralink” təxminən altı
il çəkəcək araşdırmada neçə nəfərin iştirak edəcəyini hələ dəqiqləşdirməyib.
İştirakçılara yalnız düşüncələrindən istifadə edərək kompüter kursorunu və ya
klaviaturasını idarə etmək imkanı vermək məqsədilə patentləşdirilmiş robotun
köməyi ilə beynin hərəkətə nəzarət edən sahəsinə cərrahi yolla BCI
implantasiyası edilir.
Mənbə: Kp.ru