“SpaceX” aerokosmik şirkətinin təsisçisi İlon Mask öz “Twitter” mikrobloqunda oxucuları ilə qeyri-adi ideyasını bölüşüb. Söhbət kosmik raketlərin ikinci pillələrinin Yer planetinə geri qaytarılmasından gedir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Newsru.com” məlumat yayıb.
“Bu bir qədər dəlicəsinə səslənə bilər, ancaq “SpaceX” orbital sürət əldə etmiş raketin ikinci pilləsini şənliklərdə istifadə olunan nəhəng hava şarı ilə Yerə qaytarmağa çalışacaq”, – deyə Mask bildirib.
Mask ikinci pilləni hava ilə doldurulmuş xüsusi tikilinin üzərinə endirməyi planlaşdırdıqlarını əlavə edib.
İnanılmaz layihənin texniki təfərrüatı barədə hələ ki, məlumat yoxdur.