87a71bec-b56d-4de2-b046-4f765d1bc667..jpg

İlon Maskı məhkəməyə verdilər: 128 milyon dollar istənilir

Baxış sayı: 578 dəfə baxılıb.

İlon Maskı məhkəməyə verdilər: 128 milyon dollar istənilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“X”in (keçmiş “Twitter”) sabiq dörd meneceri şirkətin sahibi İlon Maskı
məhkəməyə verib. Onlar işdən çıxma təzminatı qismində 128 milyon dollardan çox
pul tələb ediblər.

Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadla xəbər verib.

Nəşrin məlumatına görə, Kaliforniya Federal Məhkəməsinə üz tutan iddiaçılar –
şirkətin keçmiş baş direktoru Paraq Aqraval, keçmiş maliyyə direktoru Ned
Seqal, keçmiş baş hüquqşünas Vicaya Qadde və keçmiş baş hüquq məsləhətçisi Şon
Edcetdir.

Bildirilir ki, Mask onları kobud səhlənkarlıq və nizam-intizamı qəsdən
pozduqlarına görə işdən çıxarıb.

Şirkətin keçmiş işçiləri bu ittihamları rədd edirlər. Onlar hesab edirlər ki,
Mask işdən çıxma haqqını ödəməmək üçün onları uydurma səbəblərə görə işdən
çıxarıb.

Source link