İlon Maskın uğur sirləri bəlli olub

İlon Maskın uğur sirləri bəlli olub

Baxış sayı: 10. 127 dəfə baxılıb.

“Forbes” jurnalı milyarder İlon Maskın başlanğıc fəaliyyətindəki uğurların sirləri haqqında sadə və anlaşılan formada danışmağı qərara alıb. Jurnal oxuculara hər biri rəssam tərəfindən əyani illustrasiyalarla müşayiət edilən 10 davranış qaydası təqdim edib. 

ÇıxışYolu.Com-ın verdiyi məlumata görə, birinci qayda daimi özünütəhsildir.

Əyləncə xarakterli ədəbiyyata və sosial şəbəkələrə vaxt sərf etmək lazım deyil. Maks yeniyetməlik dövründə ensiklopediya oxumağa üstünlük verirdi.

Biznesin təşkili zamanı reklama çox pul ayırmaq lazım deyil. Daha yaxşı olar ki, məhsulun keyfiyyətinin artırılmasına diqqət ayrılsın. Bu zaman bu məhsul haqqında məlumatı insanlar da bir-birinə ötürəcək.

Bizneslə cavan yaşlarda məşğul olmaq daha yaxşıdır. Risklər və məyusluğa tab gətirmək yaşlı adamlar üçün çətin olur. Yorğunluq anlayışını unutmaq lazımdır, yalnız təşəbbüs göstərməmək anlayışı var. Mövcud potensialı istifadəsiz qoymaqdansa, bir qədər artıq işləmək məsləhətdir. Mask bəzən həftədə 100 saat işləyir.

Problem və vəziyyətlə bağlı şikayət etməkdənsə, onların həlli üçün innovasiyaların axtarışı ilə məşğul olmaq vacibdir.

Mask deyir ki, həmkarlara, müştərilərə və uğur qazanmaqda kömək edənlərin hamısına öz ailə üzvləri kimi yanaşmaq lazımdır: 

“Siz insanların qayğısına qalırsınızsa, onlar da sizin biznesinizin qayğısına qalacaq”, – deyə qeyd edir. 

“SpaseX”-in yaradıcısı hesab edir ki, arzuların gerçəkləşməsinə çalışmaq lazımdır. İnnovativ ideyanın reallaşdırılması üçün bütün qüvvələri səfərbər etmək vacibdir. Bununla bərabər, uğursuzluğa əvvəlcədən hazır olmaq zəruridir.

Ən yaxşı biznesmenlər başqaları ilə rəqabət aparmağa çalışmalı, özünəməxsus prinsiplə yeni bir şey yaratmalıdır. Kəskin tənqiddən qorxmaq lazım deyil. Bir çox hallarda o, daha düzgün qərarların alınmasına kömək edir.

Maskın dediyi kimi, başlıcası odur ki, daha yaxşı nəticələr əldə etmək üçün insan hər şeylə məşğul olmalıdır. Yaxşı iş görmək üçün ilkin mərhələdə dünyanı dəyişməyə can atmaq lazım deyil. Daha yaxşısı odur ki, iri miqyaslı olmasa da, xeyirli bir iş görməyə üstünlük verilsin.

Fevralın sonunda İlon Maskın həyat qaydaları geniş auditoriyaya təqdim olunub. Biznesmen çox işləyir və gördüyü heç bir işə beş dəqiqədən çox vaxt sərf etmir. 

www.ÇıxışYolu.Com