5a6be347-a623-4e0e-a3ac-83767ba85402..jpg

İlqar Musayev: “Gələcəyə yaxşı hazırlanmış mütəxəssislərlə gedirik” – FOTO

Baxış sayı: 450 dəfə baxılıb.

İlqar Musayev: “Gələcəyə yaxşı hazırlanmış mütəxəssislərlə gedirik” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İki gün davam edən yarış sona çatdı. Üç komanda qalib oldu, hər birini təbrik
edirəm”.

Cixisyolu.com xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Xidmətinin rəisi günüral-leytenant İlqar Musayev bildirib.

O qeyd edib ki, final oyun olduğu üçün heç bir komanda uduzmuş hesab olunmur:

“Ölkənin dövlət orqanları arasında 20 güclü komanda yarışıb. Bu ölkə üçün çox
vacib, önəmli tədbir oldu. İnanıram ki, gələcəkdə bu cür genişmiqyaslı
tədbirlərin sayı çox olacaq. Dövlət Təhlükəsizliyi Xidməti ilə bizim birgə bu
layihəmiz regionda demək olar ki ilk dəfədir keçirilir. Biz gələcəyə yaxşı
hazırlanmış mütəxəssislərlə gedirik. Tədbirin tərəfdaşlarına, sponsorları, iki
gün tədbiri ictimaiyyətə çatdıran, işıqlandıran media nümayəndələrinə təşəkkür
edirəm”.

Könül Cəfərli

Source link