e1669ff9-d0e9-410d-be18-83d53c471fef..jpg

İlya Kuxarçuk: “Neftçi” Rusiya Premyer Liqasının bir çox komandasından yüksək səviyyədədir”

Baxış sayı: 580 dəfə baxılıb.

İlya Kuxarçuk: “Neftçi” Rusiya Premyer Liqasının bir çox komandasından yüksək
səviyyədədir”

Rusiyanın “Ximki” klubunun sabiq futbolçusu İlya Kuxarçuk keçmiş komanda
yoldaşı Reziuan Mirzovun “Neftçi”yə keçidinə münasibət bildirib.

33 yaşlı oyunçu “ağ-qaralar”ın yüksəksəviyyəli komanda olduğunu vurğulayıb:

“Reziuanla münasibətim yaxşıdır. “Neftçi”yə keçməmişdən iki gün əvvəl
yazışmışıq. Düzdür, transferlə bağlı mənə heç nə deməmişdi. Mirzova uğurlar
arzulayıram. “Neftçi” çox güclü komandadır. Mirzov özü də yaxşı futbolçudur.
Ona Rusiya çempionatında niyə yer tapılmadığını demək çətindir. Yəqin ki, buna
“Ximki”nin aşağı liqaya düşməsi təsir etdi. Düşünürəm ki, “Neftçi” Rusiya
Premyer Liqasının bir çox komandasından yüksək səviyyədədir”.

Kuxarçuk hazırda Rusiyanın “Pari” klubunda çıxış edir.

Source link