İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, İmişlidə A. Şadlınski küçəsində Sarıxanlı kənd sakini, 1970-ci il təvəllüdlü Əsədov Babək Behbud oğlunun idarə etdiyi 90-BB-693 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobil Şahverdili kənd sakini, 1995-ci il təvəllüdlü Əmirov Elton Məmmədağa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-SG-519 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, sərnişinlər – Sarıxanlı kənd sakinləri, 2007-ci il təvəllüdlü Əsədov Rəşad Babək oğlu, 1959-cu il təvəllüdlü Babayev Pencalı Feyruz oğlu, 1990-cı il təvəllüdlü Babayeva Leyla Pencalı qızı, 1963-cü il təvəllüdlü Babayeva Minarə Behbud qızı, 1995-ci il təvəllüdlü Fərzalızadə Coşqun Mahir oğlu, “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri – Məmmədli kənd sakini, 2011-ci il təvəllüdlü Rəhimli Yusif Zahid oğlu, sərnişini, 1988-ci il təvəllüdlü Əhmədov Nail Mail oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.