İmişlidə avtomobilin ağaca çırpılması nəticəsində sürücü həyatını itirib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Şahverdili kəndində baş verib. Rayonun Vəsala kənd sakini, 1987-ci il təvəllüdlü Gəncəliyev Vüsal Mustafa oğlu idarə etdiyi “Renaut” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın ağaca çırpılıb.
Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.