e98fd065-3174-407d-8deb-abe9dabd9df6..jpg

İmişlidə avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən şəxs saxlanılıb – FOTO

Baxış sayı: 446 dəfə baxılıb.

İmişlidə avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən şəxs saxlanılıb
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişlidə avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisində yerləşən avtomobil
ehtiyat hissələri satılan mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən
rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ağası Rəsulov
saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs qeyd edilən mağazaya qanunsuz daxil olduğunu və
orada 2 000 manat pul oğurladığını etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, A.Rəsulov barəsində həbs
qətimkan tədbiri seçilib. Onun digər analoji cinayət hadisələrində iştirakının
olub-olmaması araşdırılır.

Source link