İmişlidə qardaş qardaşı bıçaqlayıb.
ÇıxışYolu.Com-nun Aran müxbirinin verdiyi məlumata görə, rayon sakini Cabbarlı Taleh Tahiroğlu qardaşı Cabbarlı Cabbar tərəfindən bıçaqlanıb.
T. Cabbarlı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, hadisə iki qardaş arasında baş verən münaqişə zəminində olub.
Faktla bağlı araşdırma aparılır.