İmişlidə “Mercedes” və “VAZ” toqquşdu: Bir ölü, iki yaralı

İmişlidə “Mercedes” və “VAZ” toqquşdu: Bir ölü, iki yaralı

Baxış sayı: 2. 494 dəfə baxılıb.

İmişlidə “Mercedes” və “VAZ” toqquşdu: Bir ölü, iki yaralı

İmişlidə bir nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

ÇıxışYolu.Com APA-ya istinadla xəbər verir ki, qəza rayon ərazisindəki “9 saylı” adlanan məcburi köçkün qəsəbəsində baş verib.

Məlumata görə, “Mercedes” və “VAZ 2106” markalı avtomobillərinin toqquşması nəticəsində “Mercedes”in sərnişini, Cəbrayıl rayonundan məcburi köçkün, 1987-ci il təvəllüdlü Bəyməmmədov Xalid Məmmədbağı oğlu ölüb.

Sürücü, qəsəbə sakini 1948-ci il təvəllüdlü Mehrəliyev İlyas Məhəmmədəli oğlu ağır xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. İ.Mehrəliyev əməliyyata götürülüb, vəziyyəti ağırdır.

“VAZ”ın sürücüsü Cəbrayıl rayonundan məcburi köçkün, 1983-cü il  Quliyev Azər Hüseyn oğlu vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.

Araşdırma aparılır.

www.ÇıxışYolu.Com