0e46b27c-d279-40d7-8aa0-e9a7a062a8e5..jpg

İmmun sistemi niyə zəifləyir? – AÇIQLAMA

Baxış sayı: 486 dəfə baxılıb.

İmmun sistemi niyə zəifləyir? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məlumdur ki, günəş şüaları və isti hava şəraiti viruslara öldürücü təsir
göstərir. Ona görə yayda xəstəliklərin sayı azalır”.

Cixisyolu.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,
terapevt Günay İsmayılova nazirliyin rəsmi “Instagram” səhifəsindəki canlı
yayımda respirator viruslar haqqında danışarkən deyib.

O bildirib ki, soyuq havalara viruslar daha çox davamlı olduqlarından payız,
qış fəsillərində virus və kəskin respirator xəstəliklərinin sayı artır:

“Bundan başqa soyuq hava şəraitində insanın immun sistemi zəifləyir. İmmun
sistemin zəifləməsi səbəblərindən biri də qışda insanların meyvə-tərəvəzdən
daha az istifadə etmələridir”.

Terapevt onu da əlavə edib ki, xəstəlikdən qorunmaq üçün gigiyena və geyim
qaydalarına düzgün əməl edilməli və qidalanmaya ciddi riayət olunmalıdır.

Könül Cəfərli

Source link