İmran Xan Ərdoğandan vasitəçilik etməsini istədimi?

Baxış sayı: 4. 976 dəfə baxılıb.

İmran Xan Ərdoğandan vasitəçilik etməsini istədimi?

Bu gün Pakistanın Baş naziri İmran Xan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti edib.

Hürriyet-in xəbərinə görə onlar son günlərdə Hindistan və Pakistan arasında yaranmış siyasi gərginliyi müzakirə ediblər.

Daha öncə Pakistanın Baş naziri İmran Xan Hindistan məsələsini deputatlar və senatorlarla müzakirə edərkən iki ölkə arasında gərginliyin azalmasında vasitəçilik etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışacağını bildirmişdi. 

Bu günkü telefon söhbətində bu məsələnin gündəmə gəlib-gəlməməsi barədə Türkiyə tərəfi rəsmi açıqlama verməyib.

İmran Xan dünya ictimaiyyətinin gərginliyin azalmasına yardımçı olacağına əminliyini ifadə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Maykl Pompeo vasitəçilik etməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, fevralın 27-də Pakistanın Hindistanın iki təyyarəsini vurmaqla iki ölkə arasında gərginlik pik həddə çatıb.

 Hindistan və Pakistan aviasiyaları arasında baş verən hava döyüşündə 27 təyyarə iştirak edib.Hindistan Hərbi Qüvvələri dörd Su-30, iki təkmilləşdirilmiş “Dassault Mirage” və iki MiQ-21 qırıcısından istifadə edib. Sonuncu iki qırıcıdan biri döyüş zamanı vurulub, Hindistan tərəfi bunu təsdiqləyib.Pakistan isə havaya 24 təyyarə qaldırıb.

Aviasiya zəncirinin komandiri Abhinandan Varthaman F-16-ya hücum edərək R-73 raketindən istifadə edib, lakin elə bu zaman onun MiQ-21 qırıcısı F-16 tərəfindən AIM-120 AMRAAM raketi ilə vurulub. 

Varthaman katapult edib və pakistanlılar tərəfindən saxlanılıb. İmran Xan əsir götürülən hindistanlı pilotun martın 1-də sərbəst buraxacağını da söyləyib.