Cənubi Koreyaya səfəri zamanı KXDR lideri Kim Çen In həyat yoldaşı Ri Sol Çjunu çəkmək istəyən fotoqrafı itələyib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “The Mirror” nəşri yazır.
Hadisə Kim Çen Inın həyat yoldaşını Cənubi Koreya prezidentinə təqdim etməyə hazırlaşdığı zaman baş verib.
Fotoqraf Şimali Koreya prezidenti və onun həyat yoldaşı arasında qalıb.
Bu, Kim Çen Inın xoşuna gəlməyib və o, öz işinə başı qarışmış mütəxəssisi yüngül itələyib.
Şimali və Cənubi Koreya liderləri aprelin 27-də Phanmuncom sərhəd məntəqəsində görüşüblər.