In boyundan utanır

In boyundan utanır

Baxış sayı: 2. 437 dəfə baxılıb.

Aprelin 27-də baş tutan Koreya sammiti zamanı Cənubi Koreyanın jurnalistləri KXDR lideri Kim Çen Inın xarici görünüşünü hərtərəfli şəkildə təhlil edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Araşdırmaçı jurnalistlər Kim Çen Inın fotoşəkillərini analiz edib və bir neçə əlamətdar məqam ortaya çıxarıb. 

Ekspertlər müəyyən edib ki, KXDR lideri görüşdə xüsusi ayaqqabı içliklərində olub. Bu səbəbdən onun çəkmələrinin ön hissəsi çox yuxarı olub.

Beləcə KXDR liderinin həqiqi boyunun 162,5 santimetr olduğu müəyyən edilib. Əvvəl Şimali Koreya rəhbərinin boyunun 1,70 olduğu bildirilirdi.

“The Washington Post” jurnalistlərinin fikrinə görə, Kim Çen Inın öncəki şəkilləri həmvətənliləri tərəfindən fotoşopla redaktə olunduğundan, təhlil üçün heç bir dəyər daşımayıb.

Qeyd edək ki, Inın öz həqiqi boyunu gizlətdiyi barədə uzun müddətdir ki, şayiələr gəzir.

.
www.ÇıxışYolu.Com