Şimali Koreya lideri Kim Çen In Çin Xalq Respublikasının sədri Si Tsipin ilə görüş zamanı dünyada sülh və stabilliyin qorunması üçün səy göstərməyə hazır olduğunu bildirib.
ÇıxışYolu.Com “Sinxua” agentliyinə istinadla xəbər verir ki, Kim Çen In həyat yoldaşı ilə birlikdə dünən Pekinə iki günlük səfərə gedib.
“Mən çinli dostumla iki ölkə münasibətlərini yeni səviyyəyə çatdırmaq, eləcə də, dünyada sülh və stabilliyin qorunması üçün səy göstərməyə hazıram”, – Kim Çen In deyib.
Son aylarda bu, Kim Çen Inın Çinə üçüncü səfəridir.