In Çin lideri ilə görüşdü

In Çin lideri ilə görüşdü

Baxış sayı: 4. 295 dəfə baxılıb.

Şimali Koreya lideri Kim Çen In hakimiyyətdə olduğu dövrdə ilk dəfə xarici səfərə gedib.

ÇıxışYolu.Com-ın “Sinxua” agentliyinə istinadən xəbərinə görə, Şimali Koreya lideri Çində səfərdə olub.

ÇXR rəhbəri Si Cinpinlə görüş zamanı o, iki ölkə arasında əbədi dostluq barədə əminlik alıb.

İki dövlət başçısının danışıqları zamanı Si Cinpin bəyan edib ki, ölkələr arasında dost münasibətlər strateji əhəmiyyət daşıyır və heç bir xarici amil bunu dəyişməməlidir.

Çin lideri bildirib ki, Koreya yarımadasında son illərdə əhəmiyyətli dəyişikliklər baş verib, ÇXR Şimali Koreyanın bunun üçün göstərdiyi səyləri yüksək qiymətləndirir.

Kim Çen In Cənubi Koreya və ABŞ-la dialoqa hazır olduğunu bəyan edib. Lakin qeyd edib ki, danışıqlar yalnız rəsmi Vaşinqton və Seulun ardıcıl səyləri nəticəsində mümkündür. Rəsmi Pxenyan danışıqlarda Pekinin dəstəyinə arxalanır.

Kim Çen In Si Cinpini Şimali Koreyaya səfərə dəvət edib. Çin lideri bu dəvəti qəbul edib.

Qeyd edilir ki, KXDR prezidentinin həyat yoldaşı ilə Çinə səfəri gizli olub. 

www.ÇıxışYolu.Com