In həmkarını yuxudan oyatmayacağına söz verdi - VİDEO

In həmkarını yuxudan oyatmayacağına söz verdi – VİDEO

Baxış sayı: 2. 244 dəfə baxılıb.

Koreya Xalq Demorkatik Respublikasının (KXDR) lideri Kim Çen In söz verib ki, Şimali Koreyanın səhər saatlarında həyata keçirdiyi raket sınaqları ilə Cənubi Koreya prezidenti Mun Çje İni yuxudan oyatmayacaq. 

ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Koreya Respublikasının prezidentinin mətbuat katibi Yun Yen Çxan məlumat verib. 

“Kim Çen In Muna deyib ki, onun Şimali Koreyanın səhər saatlarında keçirdiyi raket sınaqlarına görə yuxudan erkən ayıldığını eşidib və söz verib ki, daha onu yuxudan etməyəcək”, – o deyib. 

Yunun sözlərinə görə, Kim Koreya yarımadasında qarşıdurmaya son qoymağa və arzuolunan yaxşı dünya qurmağa çağırıb. 

“Gəlin tez-tez görüşək”, – Şimali Koreya lideri deyib.

Cənubi Koreya prezidentinin mətbuat katibi liderlərin görüş zamanı qarşılıqlı səfərlərlə bağlı niyyətlərini dilə gətirdiyini bildirib. 

www.ÇıxışYolu.Com