İnam Kərimov Məhkəmə-Hüquq Şurasının üzvü kimi fəaliyyətə başlayıb
Ali Məhkəmənin sədri İnam Kərimov Məhkəmə-Hüquq Şurasının üzvü olub.
“Report” xəbər verir ki, o, Məhkəmə-Hüquq Şurasının üzvü kimi fəaliyyətə
başlayıb.
Belə ki, Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
Onun tərkibi, əsasən, hakimlərdən, habelə icra, qanunvericilik, prokurorluq
orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət olur. Ədliyyə
naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri
hesab edilirlər.
Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla İnam
Kərimov Ali Məhkəmənin sədri təyin edilib.