eaa9a5d8-4452-445c-a245-df7fbbdce755..jpg

İnam Kərimov Şəkidə vətəndaşları qəbul edib

Baxış sayı: 523 dəfə baxılıb.

İnam Kərimov Şəkidə vətəndaşları qəbul edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 23-də
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Şəki
şəhərində vətəndaşları qəbul edib.

Bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Bildirilib ki, Şəki Məhkəmə Kompleksində baş tutan qəbulda vətəndaşlar
dinlənilib, məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılaraq qaldırılan
bəzi məsələlərə yerindəcə izahlar verilib, digər müraciətlər üzrə Məhkəmə-Hüquq
Şurası Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar
verilib.

Səfər çərçivəsində İnam Kərimov yerli məhkəmə orqanlarının iş şəraiti ilə
tanış olub, hakimlərlə görüş keçirib. Görüşdə məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar diqqətə çatdırılıb,
ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə-hüquq sisteminin
yeni çağırışlara uyğun inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Source link