Türkiyədə CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin “paqonlarını sökəcəyəm” dediyi Mətin Təməl paşanın yeni rütbəsini prezident Rəcəb Tayyib Ərdoğan taxacaq.
ÇıxışYolu.Com-ın “Hürriyət”ə istinadən xəbərinə görə, paşa yeni qərarla general-polkovnik hərbi rütbəsinə yüksəlib.
M.Təməlin rütbəsi avqustun 29-da gerçəkləşəcək mərasimdə taxılacaq.
Qeyd edək ki, 24 iyun seçkilərindən öncə Məhərrəm İncənin Mətin Təməllə bağlı “paqonlarını sökəcəyəm” ifadəsi böyük rezonans doğurmuşdu. İncə Ərdoğanın çıxışını alqışlayan Təməli 30 avqustda təqaüdə göndərməklə hədələmişdi.
“Türk ordusunun generalısan, yoxsa AKP-nin vilayət rəhbəri? Hər kəs həddini biləcək. Hər kəs qaydalara əməl edəcək. Hər kəs konstitusiyaya, qanunlara uyacaq. Bir general elə bir şey edə bilməz. Onun paqonlarını sökəcəyəm”, – İncə bildirmişdi.