610c4011-9390-407f-8445-4c3d7a83b35f..jpg

“Independent”: “İsveçrəni qətllər dalğası bürüyüb”

Baxış sayı: 667 dəfə baxılıb.

“Independent”: “İsveçrəni qətllər dalğası bürüyüb”

İsveçin baş naziri Ulf Kristersson ölkədə asayişi bərpa etmək üçün ordunun
nümayəndələrinə müraciət etmək məcburiyyətində qalıb. İndi təkcə polis deyil,
həm də hərbçilər silahlı cinayətlə mübarizə aparacaqlar.

Bu barədə “Independent” məlumat yayıb.

Hökumət başçısının sözlərinə görə, o, ölkədəki vəziyyət, daha doğrusu,
qətllərin sayının kəskin artması və partlayıcı qurğuların tətbiqi fonunda belə
kəskin tədbirlər görməyə məcbur olub.

Belə ki, təkcə ötən həftə İsveçin paytaxtında 24 saat ərzində iki kişi
güllələnib, Stokholm ətrafındakı qəsəbələrdən birində isə gənc qadın partlayış
nəticəsində həlak olub. Polisin verdiyi məlumata görə, öldürüləcək şəxs onun
qonşusu olub, lakin qatillər “bir az yanılıblar”.

Ümumilikdə, sentyabrın əvvəlindən ölkədə silahlı quldurlar tərəfindən 12 nəfər
qətlə yetirilib ki, bu da əhalisi 11 milyon nəfərdən az olan dövlət üçün az
deyil. Demək olar ki, bu, son beş il ərzində ən yüksək göstəricidir.

“Vəziyyətin nə dərəcədə ciddi olduğunu etiraf etməyə bilmərəm. İsveçrədə
əvvəllər belə bir şeylə rastlaşmamışıq. Hazırda Avropanın heç bir ölkəsində
belə bir hallar yaşanmır”, – deyə Kristersson İsveç vətəndaşlarına müraciət
edərkən deyib.

Mənbə: Independent

Source link