84524b72-d48d-4a1f-a923-48243c3762c1..jpg

İndiyədək azad olunan ərazilərə köçürülən şəxslərin sayı açıqlanıb – FOTO

Baxış sayı: 576 dəfə baxılıb.

İndiyədək azad olunan ərazilərə köçürülən şəxslərin sayı açıqlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Qayıdış çərçivəsində indiyədək 3 188 nəfər doğma yurdlarına köçürülüb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində
növbəti kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramına
əsasən, qarşısına qoyulan tədbirlərin icrasını təmin edir. Prezidentİlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş
ərazilərin bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən işləri
daim nəzarətdə saxlaması, məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayışının
təmin edilməsi üçün həyata keçirilən işlər məcburi köçkünlərdə dərin razılıq və
minnətdarlıq hissi doğurur. Onlar tezliklə doğma yurdlarına köçməyə, o yerləri
yenidən dirçəltməyə can atırlar.

Bildirilib ki, Böyük Qayıdış çərçivəsində indiyədək 3 188 nəfər doğma
yurdlarına köçürülüb. Dövlətimizin başçısının tapşırıqlarının, Böyük Qayıdış
proqramına uyğun komitəyə həvalə edilmiş tədbirlərin icrası istiqamətində
məqsədyönlü iş aparılır.

Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin
repatriasiya prosesinin təşkili istiqamətində həyata keçirilən tədbirlər,
keçmiş məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış
mövsümünə hazırlıq, siyahıların dəqiqləşdirilməsi, vahid aylıq müavinətin
verilməsi ilə bağlı görülən işlər, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan
azad olunmuş ərazilərə köçürüləcək keçmiş məcburi köçkünlər arasında
məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, əhalinin
yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin
təşkili istiqamətində aparılan işlər, Mənzil İstismar Departamentinin
balansında olan qəsəbələrdə qış mövsümünə hazırlıqla əlaqədar görülən işlər və
digər məsələlər barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib,
müzakirələr aparılıb.

Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və
tapşırıqlar verilib.

Source link