3e7d740a-1e34-457a-be45-27abdc9b6d10..jpg

İndoneziya sahillərində zəlzələ oldu

Baxış sayı: 1. 149 dəfə baxılıb.

İndoneziya sahillərində zəlzələ oldu

Cümə günü İndoneziyanın Yava adası sahillərində 5,2 bal gücündə zəlzələ baş
verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 636 min nəfərdən çox əhalisi olan
Yoqyakarta şəhərindən 140 km cənub-qərbdə yerləşib. Mənbə 58 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Həmçinin, sunami təhlükəsi elan
olunmayıb.

Mənbə: TASS

Source link