İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub.
“RİA Novosti” xəbər verir ki, bununla bağlı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 11:40-da (Bakı vaxtı ilə 15:40-da – red.) qeydə alınıb.
Zəlzələnin episentri Luvuk yaşayış məntəqəsindən 107 kilometr cənubda, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.