İndoneziyada avtobus, yük maşını və furqonların iştirakı ilə ağır yol qəzası baş verib.
“Sinxua” agentliyinin polisə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 12 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
Qərbi Yava əyalətinin Macalenqka dairəsinin polis rəisi Atik Susvanti bildirib ki, qəza avtobusun təsadüfən qarşı hərəkət zolağına çıxması nəticəsində baş verib.
İlkin ehtimala görə, sürücü yuxulu olub və diqqəti yayındığından sükana nəzarəti itirib.
Qəzanın səbəbləri araşdırılır.