36be81e0-770b-4d27-8d56-0ec5d99ca55a..jpg

İndoneziyada güclü daşqınlar: Ölənlər və itkin düşənlər var

Baxış sayı: 535 dəfə baxılıb.

İndoneziyada güclü daşqınlar: Ölənlər və itkin düşənlər var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndoneziyanın Qərbi Sumatra əyalətində daşqınlar nəticəsində 19 nəfər ölüb.

Bu barədə təbii fəlakətlərin idarə edilməsi və nəticələrinin azaldılması
agentliyinin nümayəndəsi Muharrindo İdvana məlumat verib.

“Ölənlərin əksəriyyəti Pesisir-Selatan rayonunda tapılıb. Orada cəmi 16 cəsəd
tapılıb, daha yeddi nəfər isə hələ tapılmayıb. Ölənlərin qalan hissəsi Pariaman
bölgəsində tapılıb”, – İdvan bildirib.

O qeyd edib ki, güclü su axınları 16 körpünün uçaraq su altında qalması,
yolların bağlanması və evlərin sökülməsi nəticəsində zərərçəkənlərə yardımın
paylanmasını çətinləşdirir.

İdvan vurğulayıb ki, əyalət cümə axşamı güclü yağışlar səbəbindən çayların
sahillərini aşdığı gündən bəri daşqınlardan əziyyət çəkir.

Mənbə: Xinhua

Source link