İndoneziyada insanların kütləvi təxliyəsinə başlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İndoneziyanın şərqində 2 200-dən çox insan müvəqqəti sığınacaqlara təxliyə
edilib.
Buna səbəb Levotobi vulkanında aktivliyin artmasıdır.
İndoneziyanın Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzindən
verilən məlumata əsasən, Levotobi vulkanı son həftələrdə bir neçə dəfə püskürüb.
Yanvarın 1-də baş verən püskürmə xüsusilə güclü olub. Püskürmə zamanı vulkanik
kül dağın zirvəsindən 1,5 kilometr hündürlüyə qalxıb.
Mənbə: CNA