İndoneziyada üzərinə ildırım düşən vulkan yenidən püskürdü: Hava limanı
bağlandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İndoneziyanın Şimali Sulavesi əyalətindəki Ruanq adlı kiçik adada son 24 saat
ərzində eyniadlı Ruanq vulkanının üç yeni püskürməsi baş verib.
Bu barədə İndoneziyanın təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə
milli agentliyindən məlumat verilib.
Kül sütununun hündürlüyü 400 metrdən 1,2 kilometrə qədər olub. Dağa 6
kilometrdən artıq məsafədə yaxınlaşmaq qadağan edilib.
Həmçinin qonşu Taqulandanq adasının sakinlərinə də vulkanik külün tənəffüs
yollarına düşməməsi üçün maska taxmaları tövsiyə olunub.
Qeyd edək ki, Ruanq vulkanı aprelin 17-də beş dəfə püskürüb. Ən güclü püskürmə
zamanı vulkandan təxminən 3 km hündürlüyündə kül sütunu yüksəlib. Həmçinin bu
zaman güclü ildırım püskürən vulkanın üzərinə düşüb.
Daha əvvəl isə Ruanq adasından 828 nəfər təxliyə edilib.
İndoneziyada qəbul edilmiş püskürmələrin təsnifatına əsasən, vulkan ərazisində
təhlükə səviyyəsi maksimum dörd həddinə qaldırılıb. Vulkanik aktivliyə görə
Manado şəhərində (Şimali Sulavesi əyalətinin inzibati mərkəzi) hava limanı
bağlanıb. Bu da 40-dan çox reysin təxirə salınmasına səbəb olub.
Mənbə: TASS