Bir qrup indoneziyalı jurnalist Cəbrayılın Cocuq Mərcanlı kəndində olub. Onlar kənddə yaradılmış şəraitlə tanış olublar.
ÇıxışYolu.Com “xezerxeber.az”a istinadən xəbər verir ki, qonaqlara Dağlıq Qarabağ münaqişəsi və ermənilərin işğalçılıq siyasəti haqqında ətraflı məlumat verilib.
İndoneziyalı jurnalistlər Cocuq Mərcanlıya səfər ediblər.
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycana gəlmiş jurnalistlər ötən gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olublar.
Kənddəki orta məktəbə gələn qonaqlara ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Qeyd olunub ki,2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyini azad etdikdən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
Kənd qısa müddətdə bərpa olunub və sakinlərin bir qismi ora köçürülüb.
İndoneziyalı media nümayəndələri məktəblə tanışlıqdan sonra Cocuq Mərcanlı məscidinə baş çəkiblər.Onlara Dağlıq Qarabağ münaqişəsi haqda da ətraflı məlumat verilib.
Daha sonra İndoneziyalı jurnalistlər ön xətdə xidmət edən hərbçilərlə görüşüblər.