İtaliyalı qapıçı Canluici Buffon karyerasını Portuqaliyada davam etdirə bilər.
“Gazzetta de la Sport” yazır ki, “Portu” klubu 41 yaşlı qolkiperin xidmətlərindən yararlanmaq istəyir.
C.Buffonu mayın 1-də məşq zamanı infarkt keçirmiş ispan İker Kasilyasın yerinə layiqli namizəd hesab edirlər.
Xatırladaq ki, iyunun 5-də italyan idmançının PSJ-dən ayrıldığı məlum olub. “Barselona” da C.Buffonu ehtiyat qapıçı kimi heyətinə cəlb etməyə maraq göstərir.