51e18eb0-a738-4891-a3c9-2710b752393e..jpg

İnfeksionistdən əhaliyə maskalarla bağlı ÇAĞIRIŞ – FOTO

Baxış sayı: 638 dəfə baxılıb.

İnfeksionistdən əhaliyə maskalarla bağlı ÇAĞIRIŞ – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bütün
dünyada insanları yenidən maska taxmağa və koronavirusa qarşı peyvənd olunmağa
çağırıb .

O qeyd edib ki, bir neçə həftədir ki, bir çox ölkələrdə koronavirus və qripin
səbəb olduğu respirator xəstəliklərin sayı artmaqdadır. Bu artımın son
bayramlardan sonra da davam edəcəyi gözlənilir.

Aydın məsələdir ki, Yeni il ilə bağlı əhali arasında xarici ölkələrə üz
tutanlar da çox oldu. İndi xaricə gedən soydaşlarımızın qayıtması, eləcə də
ölkəyə turist axını ölkəmizdə koronavirusun yeni ştammlarının alovlanmasına
səbəb ola bilər? Yenidən pandemiya vəziyyəti yarana bilərmi?

Məsələ ilə bağlı Cixisyolu.com-ın sorğusunu cavablandıran Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, infeksionistTəyyar Eyvazov bildirib ki, az sayda olsa da,
Azərbaycanda koronavirusa yoluxma halları müşahidə edilir:

“Ənənəvi olaraq hər il qış mövsümündə hava-damcı üsulu ilə yayılan
infeksiyalara – mövsümi qrip, kəskin respirator virus infeksiyalarına yoluxma
hallarının sayında artımlar müşahidə edilir. Həmçinin, az sayda olsa da,
Azərbaycanda koronavirusa yoluxma halları müşahidə edilir. COVID-19-un ABŞ-də
qeydə alınan yeni ştammının Azərbaycanda yayılması haqqında heç bir məlumat
yoxdur. Dünya statistikasına baxsaq, görərik ki, ABŞ və bir sıra Avropa Birliyi
ölkələrində COVID-19-a yoluxma hallarında artımlar qeyd edilir. Buna
baxmayaraq, həmin infeksiyadan ölüm hallarının sayında isə əksinə azalmalar var.

Qeyd olunanları nəzərə alaraq, üzümüzə gələn aylarda əhalini daha da diqqətli
olmağa çağırırıq. Respirator xəstəlik əlamətləri olan şəxslər mümkün qədər
özlərini təcrid etməli, əhalinin sıx toplaşdığı yerlərdən uzaq durmalı, xüsusən
də ictimai nəqliyyatda maskadan istifadə etməlidirlər. Nəzərə almaq lazımdır
ki, bu cür tədbirlər universal olmaqla təkcə koronavirusdan deyil, o cümlədən
qrip, digər kəskin respirator virus infeksiyalardan da qorunmağa kömək edir.
Ümumilikdə ölkədə epidemioloji durum stabildir və narahatlığa əsas yoxdur”.

Könül Cəfərli

Source link