İnflyasiyanın aşağı olması yerli bazarda qiymətlərə necə təsir edib? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ölkəmizdə inflyasiya aşağı düşüb. Buna baxmayaraq, bəzi sahələrdə bahalaşma
müşahidə olunur.
Dövlət Statistika Komitəsindən verilən ən son məlumata əsasən, cari ilin aprel
ayında istehlak qiymətlərinin indeksi, 2023-cü ilin aprel ayına nisbətən 0%
təşkil edir.
Bu da 2014-cü ilin dekabr ayından indiyə qədər, qeydə alınan ən aşağı illik
inflyasiyadır.
Məsələ ilə bağlı, iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda bəzi
məhsulların bahalaşmasını, bəzilərinin də ucuzlaşmasını müşahidə edirik.
O, qiymətlərin inflyasiyaya görə deyil, xarici bazarlara görə müəyyənləşdiyini
bildirib.
“Dünya bazarlarında olan dəyişikliklər, daxili bazara altı-doqquz ay
müddətində təsir edir. İlin sonuna qədər qiymət artması davam etsə də, bu artım
əvvəlki illərə nisbətən, az olacaq”.
Ətraflı “Xəzər” TV-nin videomaterialında: