Finlandiya və İngiltərə millilərinin qarşılaşdığı UEFA Millətlər Liqasının B
Liqasının II qrupunun IV turunun oyunu başa çatıb.
Cixisyolu.com xəbər verir ki, komandalar Helsinkidəki (Finlandiya) Olimpiya
Stadionunda qarşılaşıblar. Matçı Georgi Kruaşvilinin (Gürcüstan) rəhbərlik
etdiyi hakimlər briqadası idarə edib. İngiltərə yığması 3:1 hesabı ilə qalib
gəlib.
18-ci dəqiqədə İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş Anhel Qomesin
köməyi ilə hesabı açıb. Daha sonra müdafiəçi Trent Aleksander-Arnold 74-cü
dəqiqədə qonaqların fərqini artırıb. Yarımmüdafiəçi Deklan Rays Olli Uotkinsdən
ötürmə alaraq hesabı artırıb. Üç dəqiqə sonra müdafiəçi Arttu Hoskonen meydan
sahiblərinin 1 qoluna imza atıb.
B Liqasının II qrupunda həmçinin Yunanıstan və İrlandiya yığmaları da çıxış
edirlər.
UEFA Millətlər Liqasının hazırkı qalibi İspaniya millisidir. Sonuncu
püşkatmanın finalında ispanlar Xorvatiya millisinə 0:0 (5:4 pen.) hesabı ilə
qalib gəliblər.