İngiltərənin “Sheffield United” klubu “Əl-Qaidə” qurucusu Üsamə bin Ladenin ailəsindən 3,5 milyon dollar pul götürüb.
London Yüksək məhkəməsində kreditin alınması haqqında dəlilləri təqdim edən
Səudiyyə Ərəbistanının şahzadəsi Abdulla bin Mosaad Əl-Saudun vəkili olub. Sənədlər sübut edir ki, klub rəhbəri Kevin Makkeyb bundan xəbərdar olub, lakin cavabdeh ittihamları rədd edib.
Səudiyyə şahzadəsi Makkeyba qarşı futbol klubuna tam sahiblik iddiası ilə çıxış edir.
2018/29 sezonunda “Sheffield United” Çempionshipda 2-ci yeri tutaraq gələn mövsümdə Premyer-liqada çıxış etmək hüququnu qazanıb.