02791948-c878-44f9-8557-23c3bc984c85.png

İngiltərə Liqa Kuboku: “Çelsi” və “Mançester Siti”dən erkən vida

Baxış sayı: 144 dəfə baxılıb.

İngiltərə Liqa Kubokunda dördüncü mərhələsində (1/8 final) gecənin son oyunu
baş tutub.

Cixisyolu.com xəbər verir ki, Londonda yerli “Tottenhem”lə “Mançester Siti”
qarşılaşıb.

Meydan sahibləri matça fəal başlayıblar. 5 və 25-ci dəqiqələrdə vurulan qollar
onların üstünlüyünü təmin edib. “Şəhərlilər” bu toplardan yalnız birinin
əvəzini çıxmağı bacarıblar – 2:1.

Bu nəticə ilə Pep Qvardiolanın komandası turnirlə vidalaşıb. “Tottenhem” isə
adını 1/4 finala yazdırıb.

02:00

İngiltərə Liqa Kubokunda dördüncü mərhələnin (1/8 final) oyunları keçirilib.

Cixisyolu.com xəbər verir ki, səfərdə “Brayton”la qarşılaşan “Liverpul” qol duelindən
qalib ayrılaraq adını 1/4 finala yazdırmağı bacarıb – 2:3.

Qakponun dublu bu işdə komandasına kömək edib.

“Mançester Yunayted” doğma azarkeşləri qarşısında “Lester”i darmadağın edib.
“Old Trafford”dakı matçda tamaşaçılar 7 qolun şahidi olublar – 5:2.

Kazemiro və Fernandeş dubla imza atıblar.

“Arsenal” aşağı liqa təmsilçisi “Preston”un qonağı olub. “Topçular”
gözlənildiyi kimi oyunda çətinlik çəkmədən qalib gəliblər – 0:3.

“Çelsi” səfərdə “Nyukasl” qarşısında aciz qalıb. “Zadəganlar” iki top
buraxaraq turnirlə vidalaşıblar – 2:0.

Source link