İngiltərə millisinin futbolçusu ananasdan dəri istehsal edəcək

Baxış sayı: 2. 020 dəfə baxılıb.

İngiltərə millisinin futbolçusu ananasdan dəri istehsal edəcək

“Roma” klubunun və İngiltərə millisinin futbolçusu Kris Smollinq qeyri adi biznesə yatırım edib.

“Forbes” xəbər verir ki, futbolçu 100 min funt sterlinqdən artıq məbləği ananasdan dəri hazırlayan şirkətə keçirib.

“Mən veqanam və heyvanlara qarşı şiddət məni narahat edir. Dərinin hazırki istehsalı – vəhşilikdir. Mənim dünya görüşümə uyğun biznesə kömək etmək çoxdankı arzumdur”, – deyə idmançı bildirib.

Smollinq 3 il əvvəl həyat yoldaşının xahişi ilə vegetarian olub.

29 yaşlı futbolçu bu ilin avqustunda “Mançester Yunayted”dən “Roma”ya icarəyə verilib.