c9a4c8a6-3f6e-45fd-87a5-88a9843842cb..jpg

İngiltərə millisinin və “Mançester Yunayted”in əfsanəvi futbolçusu vəfat edib

Baxış sayı: 570 dəfə baxılıb.

İngiltərə millisinin və “Mançester Yunayted”in əfsanəvi futbolçusu vəfat edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə millisinin və “Mançester Yunayted” klubunun əfsanəvi futbolçusu
Bobbi Çarlton 86 yaşında vəfat edib.

Keçmiş futbolçuya demensiya (ağılsızlıq) diaqnozu qoyulmuşdu.

Məlumat üçün qeyd edək ki, Bobbi Çarlton İngiltərə tarixinin ən yaxşı
futbolçularından biri hesab olunur.

İngiltərə millisinin hücumameyilli yarımmüdafiəçisi 1966-cı ildə dünya
çempionu olub. Eyni ildə o, “Qızıl top”la mükafatlandırılıb.

Bobbi Çarlton “Qırmızı şeytanlar”ın heyətində üçqat İngiltərə çempionu olub,
həmçinin bir dəfə İngiltərə Kuboku, dörd dəfə İngiltərə Superkubokunun sahibi
olub.

Mənbə: Championat

Source link