Londonda terrorçularla mübarizə polisinin rəhbəri Din Heydon şəhərdə hələ də terror təhlükəsinin yüksəkliyinin qalmasını bəyan edib.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Sky News məlumat yayıb.
“Böyük Britaniyada terror təhlükəsinin yüksəkliyi hələ də yüksəkdir. Bu təhlükə 2014-cü ildən indiyədək qalır. Təhlükə iki dəfə: Mançestrda və “Parsons Green” stansiyasında terror aktından sonra yüksəlib. Lakin hələ də terror ehtimalı yüksəkdir”, – deyə Heydon bildirib.
Həmçinin o, London sakinlərini diqqətli olamağa çağırıb.