Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun növbəti oyunu keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, çempionatın favoritlərindən olan “Liverpul” səfərdə “Fulhem” komandasını məğlub edib.
Hesab matçın 26-ci dəqiqəsində açılıb. Sadio Mane Roberto Firminonun ötürməsindən sonra qapıya dəqiq zərbə endirib – 0:1.
Qarşılaşmanın ikinci hissəsində Zerhak Anguissa hesabı bərabərləşdirib – 1:1.
Matçın bitməsinə yeddi dəqiqə qalmış “Liverpul” hesabda yenidən önə keçib. Hakimin cərimə meydançasında qayda pozuntusuna görə təyin etdiyi 11 metrlik cərimə zərbəsini Jeyms Milner dəqiq zərbə ilə tamamlayıb – 1:2.
Otuz bir oyunda 78 xal toplayan “Liverpul” hazırda turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Onun əsas rəqibi “Mançester siti” 76 xalla ikinci yerdədir.